AZ

Ermənistan Prezidenti: Daha Rusiyanın kiçik qardaşı deyilik

BAKI, 12 sentyabr. TELEQRAF

Ermənistan artıq Rusiyanın kiçik qardaşı deyil.

Teleqraf xəbər verir ki, bu bəyanatı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində səsləndirib.

“İndi Rusiya ilə tamamilə fərqli münasibətlər mövcuddur. Rusiya-Ermənistan münasibətləri daha böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə biz buna nail olmağa çalışırdıq”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Ermənistan öz iqtisadiyyatını diversifikasiya edə bilib. Xaçatryan həmçinin Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid etdiyini bildirib.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr