AZ

Zelenski Kelloq ilə “Patriot” HHM sistemlərinin alınmasını müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə Kiyevə hava hücumundan müdafiə sistemlərinin çatdırılması, pilotsuz təyyarələrin və silahların birgə istehsalı mövzusuna toxunub.

APA xəbər verir ki, bu haqda Zelenski öz “Telegram” kanalında məlumat verib.

Tərəflər xüsusən də PURL (Prioritised Ukraine Requirements List) proqramı çərçivəsində Ukrayna üçün ABŞ silahlarının alınmasını müzakirə ediblər.

"Bu gün ABŞ prezidentinin xüsusi nümayəndəsi general Keyt Kelloq Kiyevdədir. Biz əməkdaşlığın müxtəlif sektorlarından danışdıq. Bunlar "Patriot"ların istehsalı və alınmasının maliyyələşdirilməsinə dair PURL təşəbbüsü çərçivəsində ayrı-ayrı layihələr, pilotsuz uçan aparatların və silahların birgə istehsalına dair güclü ikitərəfli müqavilələrdir ki, bunu ABŞ-a təklif edirik. Bu barədə ABŞ-ın müsbət reaksiya verəcəyinə inanırıq”, - Zelenski yazıb.

Seçilən
33
1
apa.az

2Mənbələr