AZ

Çoxlu klubun formasını “geyindirdilər” - Məşhur müğənniyə

Məşhur britaniyalı model və müğənni Dua Lipa gözlənilmədən futbol trendinə çevrilən adi foto çəkdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolsevərlər xüsusi fotomontaj proqramlarından, eləcə də süni intellektdən istifadə edərək, müğənniyə sevimli klublarının formasını “geyindirməyə” başlayıblar.

Belə ki, Lipa artıq “Valensiya”, “Bayern”, Dortmund “Borussiya”sı, “Arsenal”, “Flamenqo” və bir çox digər komandaların futbol formalarını “sınayıb”.

30 yaşlı müğənni müsahibələrinin birində “Arsenal”a azarkeşlik etdiyini etiraf edib.

Seçilən
2
sportinfo.az

1Mənbələr