AZ

Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən saat 09:30-dan 10:30-dək Ordubad rayonunun Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçirilir.

 

Seçilən
22
1
azertag.az

10Mənbələr