AZ

İsrail ABŞ-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyini açıqlayıb

İsrail Qəzza zolağında atəşkəslə bağlı Vaşinqtonun təklifini qəbul edib.

APA xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

"İsrail ABŞ prezidenti Donald Trampın atəşkəs təklifi ilə razılaşıb. Biz hərbi əməliyyatları dayandırmağa hazırıq, lakin HƏMAS bundan imtina edir", - deyə o İsrailin Dohaya endirdiyi zərbə ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu daha əvvəl Qəzza zolağının sakinlərini HƏMAS-dan qurtulmağa və prezident Trampın irəli sürdüyü sülh təklifi ilə razılaşmağa çağırıb.

Seçilən
10
1
apa.az

2Mənbələr