AZ

İsrailli nazirin nömrəsi yayıldı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İsrailin müdafiə naziri İsrael Katzın telefon nömrəsi yayılıb.

“Qafqazinfo” xəbər verir ki, çoxsaylı sosial media istifadəçisi onun telefon nömrəsini yaydıqdan sonra Katz sosial mediada açıqlama verib.

O qeyd edib ki, telefonuna çoxsaylı təhdidlər və nifrət dolu mesajlar göndərilib:

“Dünyanın müxtəlif ölkələrindən mütəşəkkil dəstələr şəxsi telefonuma zəng edərək nifrət dolu mesajlar və təhdidlər edirlər”.

Şəkillərdə həmçinin bir türk sosial media istifadəçisinin Katza videozəng etməsi, nazirin isə cavab verdiyi görünür.

Hadisə İsrail mediasında da geniş şəkildə işıqlandırılıb. Xüsusilə türk sosial media istifadəçilərinin nazirə video zəng etməsindən sonra məsələdə “türk hakerlərin əli olduğu” bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr