AZ

Oçoa karyerasını Kiprdə davam etdirəcək

Tanınmış meksikalı qapıçı Gilyermo Oçoanın yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 40 yaşlı qolkiper karyerasını Kiprdə davam etdirəcək. O, Limasol AEL-i ilə anlaşıb.

Hələlik müqavilənin detalları açıqlanmayıb.
 

Qeyd edək ki, Oçoa son mövsümü Portuqaliyanın AVS SAD klubunda keçirib. Daha əvvəl isə o, yetirməsi olduğu “Amerika”dan (Meksika) başqa, “Ayaçço” (Fransa), “Malaqa”, “Qranada” (hər ikisi İspaniya), “Standard” (Belçika), “Salernitana”da (İtaliya) forma geyib.


G.Oçoa 152 matçda Meksika millisinin şərəfini qoruyub.

Bizim.Media

Seçilən
11
2
bizim.media

3Mənbələr