AZ

KİV: ABŞ-də hərbi akademiyada atışma oldu - Yaralanan var

BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ-nin Merilend ştatının Annapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında atışma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yaralanan bir nəfər helikopterlə xəstəxanaya çatdırılıb, daha bir neçə nəfərə tibbi yardım göstərilib. Onların vəziyyəti barədə ətraflı məlumat verilmir.

İlkin məlumatlara görə, hadisəni əvvəllər akademiyadan xaric edilmiş bir şəxs törədib.

Seçilən
11
teleqraf.com

1Mənbələr