AZ

Kliçko Zelenskini TƏNQİD ETDİ: “Bizi demək olar ki, qarət etdilər”

Kiyev meri Vitali Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı “Ukraynanın 2025-ci il dövlət büdcəsi haqqında” qanuna respublikanın paytaxtına ayrılan vəsaitin azaldılmasını nəzərdə tutan düzəlişləri tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurasının rəsmi portalı məlumat yayıb.

"Bizi demək olar ki, qarət etdilər. Bunu başqa cür təsvir etmək mümkün deyil", - şəhər meri qeyd edib.

Ukrayna paytaxtının büdcəsindən 8 milyard qrivna çıxarılıb.

Kliçkonun sözlərinə görə, Zelenskinin imzaladığı düzəlişlər büdcə sisteminin müstəqilliyi və balansı prinsiplərinə, ölkə Konstitusiyasına və Ukraynanın paytaxtı haqqında qanuna ziddir, həmçinin yerli özünüidarəetmənin hüquqlarını pozur.

Seçilən
22
publika.az

1Mənbələr