AZ

Yuxu həbləri yaddaşa ciddi ziyan vurur Elmi tədqiqat

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni araşdırmalar bəzi yuxu dərmanlarının uzunmüddətli istifadəsinin yaddaşa zərər verə biləcəyini ortaya qoyub.

Milli.Az xəbər verir ki, "Sleep" jurnalında dərc olunan tədqiqatda, xüsusilə yaşlı insanlara təyin edilən benzodiazepinlərin və onların analoqlarının beyin fəaliyyətini ləngitdiyi, yuxunu asanlaşdırsa da, yüksək dozada orqanizmin təbii yuxu balansını pozduğu vurğulanır.

Daily Mail isə yazır ki, bu dərmanların istifadəsi yaddaş itkisi, koqnitiv pozğunluqlar, ertəsi gün yorğunluq və başgicəllənmə ilə əlaqələndirilir.

Alimlər hesab edirlər ki, yuxusuzluq çox vaxt həyat tərzində sadə dəyişikliklərlə - eyni vaxtda yatmaq, sakit və qaranlıq mühit yaratmaq, gündəlik idmanla aradan qaldırıla bilər. Nəticə əldə olunmadıqda isə bilişsel davranışçı terapiya tövsiyə olunur.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
news.milli.az

3Mənbələr