AZ

İsrailli diplomat: Qətər etməsə, İsrail HAMAS ı özü qovacaq

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qətər HAMAS hərəkatını pisləyib ölkədən çıxarmasa, İsrail bunu özü edəcək.”

APA xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

"Qətərin seçim etmək vaxtıdır. Ya Qətər HAMAS-ı pisləyəcək, təşkilatı ölkədən çıxaracaq və onu məsuliyyətə cəlb edəcək, ya da İsrail bunu özü edəcək", - o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Qətər uzun müddətdir terrorçulara sığınacaq verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
apa.az

2Mənbələr