AZ

Tramp: Ola bilər Rusiya PUA ları Polşaya yanlışlıqla keçib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Sentyabrın 10-na keçən gecə Ukraynaya kütləvi hücum zamanı Rusiyanın çoxsaylı pilotsuz təyyarələri Polşanın hava məkanını pozub. Pilotsuz təyyarələri vurmaq üçün NATO təyyarələrindən istifadə edilib.

APA xəbər verir ki, “Clash Report”un məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunun yanlışlıqla baş verə biləcəyini istisna etməyib.

"Ola bilər ki, bu, səhv olub. Amma bundan asılı olmayaraq, bu vəziyyətlə bağlı heç nədən razı deyiləm", - Tramp deyib.

Tramp həmçinin bu müharibənin tezliklər bitəcəyinə ümid etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
apa.az

5Mənbələr