AZ

Menendesin erməni xanımı azadlıqdan məhrum edilib

ABŞ-ın Nyu-York şəhərində keçirilən məhkəmədə, senator Bob Menendizin həyat yoldaşı Nadin Menendez (Arslanyan) 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə "Bloomberg" xəbər verir.

Nyu-York dairəsinin hakimi tərəfindən verilən hökmə görə, 58 yaşlı Nadin Menendez aprel ayında Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinib. Ona qarşı ümumilikdə 15 maddə üzrə ittiham irəli sürülüb.

Prokurorlar, Nadin Menendezin ərinə mesajlar göndərməsi və rüşvət ötürməsindəki rolu ilə yanaşı, Misir rəsmiləri ilə görüşlərin təşkilində də iştirak etdiyini iddia ediblər.

Keçmiş senator Bob Menendez isə eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun hökmü 2025-ci il iyunun 17-dən qüvvəyə minib.

Seçilən
23
32
anews.az

10Mənbələr