AZ

Mütəxəssislər əzələ spazmlarının yeni səbəbini açıqlayıb

Bakı. Trend:

Yeni tədqiqatlar göstərir ki, idman zamanı yaranan qəfil əzələspazmları (əzələ krampları) təkcə susuzluq və ya elektrolitçatışmazlığı ilə deyil, həm də yarış və məşq edilən oyunsəthlərinin fərqli xüsusiyyətləri ilə bağlı ola bilər.

Trend-in məlumatına görə, bu barədə "The İndependent" nəşrixəbər verib.

Məlumata əsasən, alimlərin müəyyən etdiklərinə görə, sərtlik vəelastiklik kimi amillər sinir-əzələ sistemində yorğunluğusürətləndirə, bu da spazmlara səbəb ola bilər. Araşdırmalarmüxtəlif səthlərdə məşq edən idmançılar arasında əzələfəaliyyətində ciddi fərqlər olduğunu ortaya qoyub.

Mütəxəssislər bildirirlər ki, idmançılar məşq zamanı yarışşəraitinə uyğun səthlərdə təlim keçsələr, kramp riski azala bilər.Gələcəkdə real vaxtda sinir-əzələ yorğunluğunu izləyəntexnologiyalar bu problemin qarşısını daha dəqiq almağa imkan verəbilər.

Krampların qarşısını almaq üçün yalnız su içmək kifayət deyil,oyun səthinə uyğunlaşma da vacibdir.

Seçilən
14
az.trend.az

1Mənbələr