AZ

Çarli Kirkin qatilinə edam cəzası istənildi

BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ-nin Yuta ştatının hakimiyyəti siyasi fəal Çarli Kirkin qatilinə edam cəzası tələb etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Spenser Koks bəyan edib.

“Biz prokurorlarımızla işləyirik, lazım olan hər şeyi toplayırıq, yazılı ifadələr hazırlayırıq ki, bu işdə ölüm cəzası tələb edə bilək. Bu, burada, Yuta ştatında baş verəcək”, - o, jurnalistlərə bildirib.

Xatırladaq ki, amerikalı siyasi fəal və Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı güllələnib. Onun qatilinin axtarışları davam etdirilir.

Seçilən
31
teleqraf.com

1Mənbələr