AZ

Məşhur restoranda menyuya "İsveç siçovulu" daxil edilib - Futbolçunun şərəfinə

"Nyukasl"dakı "Scott & Wilson" restoranı "İsveç siçovulu" adlı yeni burger təqdim edib.

Bu barədə İdman.biz Yapoo Sports-a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yemək bir müddət əvvəl “Nyukasl Yunayted”dən “Liverpul”a keçən isveçli hücumçu Aleksandr İsakın şərəfinə adlandırılıb. Qeyd olunur ki, bu burger artıq menyuda ikinci ən populyar yeməkdır. Tərkibində kartof püresi, frikadel, kornişon, soğan, xardal, İsveç sousu və mərcanı sousu olduğu deyilir.

Aleksandr İsak 2022-ci ilin yayından "Nyukasl"da çıxış edib. Ümumilikdə o, Premyer Liqada 86 matçda 54 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr