Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsinin növbəti endirilməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurasının sentyabrın 11-də qəbul etdiyi qərarla əsasən, faiz dərəcəsi 43-dən 40,5 faizə endirilib.
Tənzimləyici Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramının məqsədlərinə, o cümlədən inflyasiyanın templərinin daha da aşağı salınması və qiymət sabitliyinin təmin edilməsi kontekstində nail olunmasının vacibliyini qeyd edib.