AZ

Qarabağa daha iki köç karvanı yola salınıb

Qarabağa

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, Böyük Qayıdış çərçivəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb.

Budəfəki mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (96 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Seçilən
21
13
reyting.az

10Mənbələr