Polşada 17-ci pilotsuz uşuş aparatının (PUA) qalıqları tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"17-ci pilotsuz uçuş aparatı Bilqoray rayonunun Ksiezzopol kommunasının Przimyarki kəndində tapılıb. Bütün xidmətlər məlumatlandırılıb. Polis ərazinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür", - Polşa Daxili İşlər Nazirliyinin nümayəndəsi yazıb.