AZ

Sağlam yuxu üçün diqqət etməli olduğumuz NÜANSLAR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniyalı həkim Visente Xavyer Klemente Suares sağlam yuxu üçün əsas tövsiyələri verib.

Redaktor.az xəbər verir ki, Xavyer bu barədə Hola nəşrinə danışıb.

Mütəxəssis ilk növbədə yatmazdan ən azı bir saat əvvəl smartfon və digər elektron cihazlardan imtina etməyi məsləhət görüb. İkinci tövsiyə kimi isə ekranların əvəzinə kitab oxumaq, nəfəs məşqləri və ya isti duş qəbul etmək variantlarını təqdim edib.

Suares həmçinin hər gün, hətta istirahət günlərində də eyni saatda yatıb-o yanmağı vacib hesab edib.

Onun sözlərinə görə, axşam vaxtı ağır yeməklərdən, çoxlu maye qəbulundan və alkoqollu içkilərdən uzaq durmaq lazımdır. İdmanla məşğul olmağı isə günün daha erkən saatlarına saxlamaq tövsiyə olunur, çünki fiziki fəaliyyət sinir sistemini aktivləşdirərək möhkəm yuxuya mane ola bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
redaktor.az

2Mənbələr