AZ

Ukrayna 221 PUA ilə Rusiyaya zərbə endirib

Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiyanın regionları üzərində, o cümlədən 9-u Moskva vilayətində 221 Ukrayna pilotsuz uçan aparatını məhv edib və ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bryansk vilayətinin ərazisi üzərində 85 PUA, Smolensk vilayətinin ərazisi üzərində 42 PUA, Leninqrad vilayətinin ərazisi üzərində 28 PUA, Kaluqa vilayətinin ərazisi üzərində 18 PUA, Novqorod vilayətinin ərazisi üzərində 14 PUA, hər biri 9 PUA Belqorod vilayəti və Moskva vilayətinin7 əraziləri üzərində, 3 PUA Rostov və Tver vilayətlərinin əraziləri üzərində, 1 PUA isə Pskov, Tula və Kursk vilayətlərinin əraziləri üzərində zərərsizləşdirilib.

Seçilən
0
1
ucnoqta.az

10Mənbələr