Modern.az-ın məlumatına görə, ilk iclas sentyabrın 16-da keçiriləcək.
İclasda 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən və payız sessiyasında görüləcək işlər müzakirə ediləcək.
İclasın gündəliyinə "Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" və "Milli Məclisin komitələri haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.
Qeyd edək ki, hər iki qanun Milli Məclisin plenar və komitə iclaslarında prosedur qaydalarını müəyyənləşdirir.
5Mənbələr
-
cebheinfo.azMilli Məclisin daxili prosedur qaydaları dəyişir ( 21267244)
-
news365.azMilli Məclisdə payız sessiyası başlayır – ilk iclasın tarixi açıqlandı ( 21265033)
-
demokrat.azMilli Məclisin daxili prosedur qaydaları DƏYİŞİR ( 21262612)
-
banker.azMilli Məclisin daxili prosedur qaydaları dəyişir ( 21262570)
-
modern.azMilli Məclisin daxili prosedur qaydaları DƏYİŞİR ( 21262327)