ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda qaydaları kobud şəkildə pozan xanım sürücünün növbəti videosu yayılıb. Bir müddət əvvəl təhlükə saçan hərəkətlərini dərc etsək də, o, bu əməllərindən əl çəkmir. Yenidən avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Belə ki, idarə etdiyi 77-BR-762 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman əl əyləci vasitəsilə avtomobili dəfələrlə fırladıb. Daha sonra isə manevr qaydalarını kobud şəkildə pozaraq avtomobili gah sağa, gah da sola fırladıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.