AZ

"AzərEnerji" ilə "Masdar" şirkəti arasında müzakirələr aparılıb

"AzərEnerji" ASC-nin sədri Baba Rzayevlə "Masdar" şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ümumi qoyuluş gücü 1000 MVt olan günəş və külək-elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb. 

Əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqqında da görüşdə fikir mübadiləsi edilib.

Seçilən
28
13
azerbaijan-news.az

10Mənbələr