AZ

Ermənistan Prezidenti: Artıq Rusiyanın kiçik qardaşı deyilik

Ermənistan Prezidenti Vahaqn Xaçatryan Rusiya ilə münasibətlərin formatının dəyişdiyini bildirib.

Turkustan.az-ın məlumatına görə, o, RTVI-yə verdiyi müsahibədə qeyd edib ki, Ermənistanın Moskva ilə əlaqələri artıq “böyük qardaş-kiçik qardaş” münasibətləri deyil, sırf tərəfdaşlıq səviyyəsindədir.

Prezidentin sözlərinə görə, bu dəyişiklik İrəvanın son dörd ildə qarşısına qoyduğu əsas hədəflərdən biri olub:
“İndi Rusiya ilə tamamilə başqa münasibətlərimiz var - tərəfdaşlıq münasibətləri. Rusiya Ermənistanı artıq kiçik qardaş kimi yox, bərabərhüquqlu tərəfdaş kimi qəbul edir. Biz də məhz buna nail olmağa çalışırdıq”.

Xaçatryan Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı arasında seçim etməli olduğuna dair sözlərini də şərh edib.

“Bu sualı Overçuka vermək lazımdır, bu nə deməkdir? Bizim iqtisadiyyatımız diversifikasiya olunub və yalnız bir istiqamətə bağlı deyil. Aİİ ilə razılaşmalar çərçivəsində işləyirik, Avropa İttifaqı ilə də iqtisadi münasibətləri davam etdiririk. İndiyə qədər heç bir problem yaşanmayıb”, - prezident vurğulayıb.

Xaçatryan həmçinin ümid etdiyini bildirib ki, Moskva Ermənistan hökumətinin müstəqil qərarlarına hörmətlə yanaşacaq. /Modern.az/

Seçilən
18
50
turkustan.az

10Mənbələr