AZ

"Sənətçilər öldüyündə xatırlanır" - Kırmızıgül onları hədəf aldı

Türkiyəli sənətçi Mahsun Kırmızıgül sosial media hesabında etdiyi paylaşımda media qurumlarını kəskin tənqid edib.

"Unikal" xəbər verir ki, o, sənətçilərin zəhmətinə və yaradıcılığına dəyər verilmədiyini bildirərək, “Yaşayarkən yox sayılırıq, öldüyümüzdə xatırlanırıq” sözləri ilə xəbər proqramlarını hədəf alıb.

Kırmızıgül, Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur və Özkan Uğur kimi dəyərli sənətçilərin sağlıqlarında çox vaxt görməzlikdən gəlinməsinə diqqət çəkib. Onların yalnız vəfatlarından sonra gündəmə gətirilməsini isə “Nə acıdır ki, sənətçilər öldüyündə xatırlanır” ifadələri ilə vurğulayıb.

Sənətçi yalnız sənətə və əməyə dəyər verən media qurumlarının proqramlarında iştirak edəcəyini açıqlayıb.

"Bizi görməyəni biz də görməyəcəyik. Bir gün başıma bir şey gəlsə və ya bu dünyadan köçsəm, xəbərimi verməyin! Cənazəmə gəlməyin!". 

Seçilən
20
unikal.az

1Mənbələr