AZ

2027-ci ildə Çempionlar Liqasının finalı bu stadionda oynanılacaq - Rəsmi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyununun keçiriləcəyi məkan dəqiqləşib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki,  görüş İspaniyanın "Atletiko" klubunun stadionu "Riyadh Air Metropolitano"da keçiriləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionunda keçiriləcəyi də açıqlanıb.

Xatırladaq ki, ÇL-in finalını qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu da namizəd idi.

Seçilən
42
2
teleqraf.com

3Mənbələr