AZ

Tramp Rusiyanın Polşaya müdaxiləsindən danışdı Təklif verdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp dron insidentindən sonra Polşaya əlavə ABŞ hərbçilərinin göndərilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) yazıb.

“Tramp bu barədə Polşa Prezidenti Karol Navroçki ilə söhbətində danışıb. Hətta o, Polşaya daha çox qoşun göndərmək ideyasını irəli sürüb”, – deyə nəşr qeyd edib.

Paralel olaraq, Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında Polşadakı insidentin səhv nəticəsində baş verə biləcəyini bildirib. O, vəziyyətdən məmnun olmadığını və tezliklə həll olunacağına ümid etdiyini əlavə edib.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib. Rusiya Müdafiə Nazirliyi isə insidentlə əlaqəsinin olmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
globalinfo.az

1Mənbələr