AZ

Gürcüstanın Azərbaycanla sərhəddində zəlzələ olub

Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Operativ Media-ya Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Seçilən
39
17
operativmedia.az

10Mənbələr