AZ

Bakıda balıq yarmarkası fəaliyyətə başladı

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb.

BAKU.WS xəbər verir ki, yarmarka 12–14 sentyabr tarixlərində Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında – "Keşlə Balıq Bazarı"nın (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunur.

Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur. Yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.

Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, eləcə də dəniz məhsulları (krevetkalar və s.) təqdim olunur. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının satışı da təşkil edilir.

Qalereya

Orxan Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
19
baku.ws

10Mənbələr