AZ

VI “Xəzər Su İnnovasiya Forumu” öz işinə başlayıb

Baku Expo Centerdə “AQUALİNK” MMC-nin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçirilir.

Operativ Media xəbər verir ki, "Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum ölkəmizdə su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi mövzusunda geniş təcrübə və fikir mübadiləsi platforması olacaq. Forumun əsas məqsədi su sahəsində qabaqcıl elmi yeniliklərin və texnologiyaların nümayişi, dövlət qurumları, yerli sahibkarlar və xarici tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Tədbir çərçivəsində dörd əsas panel müzakirəsi keçiriləcək: qabaqcıl su texnologiyalarının tətbiqi, ətraf mühitin qorunması texnologiyaları və təcrübələri, təkrar emal etmə texnologiyalarının əhəmiyyəti, və suyun idarə olunmasında innovativ yanaşmalar. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq. Bu forum, su və ətraf mühit mövzusunda praktik və elmi yanaşmaların bir araya gəldiyi mühüm platforma kimi çıxış edəcək.

Seçilən
62
operativmedia.az

1Mənbələr