ain.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, dünyada ilk dəfə olaraq, Albaniyada süni intellekt bazasında hazırlanmış model nazir vəzifəsini icra edəcək. Modelin adı "Diella"dır, alban dilindən tərcümədə qadın adı kimi istifadə edilən "Günəş" mənasını verir.
"Teleqrafi" nəşrinin yazdığına görə, dünuanın ilk süni intellektli naziri dövlət satınalmalarına cavabdeh olacaq. Baş nazir Edi Rama bəyan edib ki, "Diella" dövlət tenderləri ilə məşğul olacaq. Həmin tenderlər çərçivəsində dövlət özəl şirkətlərlə müqavilələr bağlayır. Nəticədə, "dövlət satınalmaları korrupsiadan qorunmuş olacaqdır".
"Sİ nazir" modeli vətəndaşlara müxtəlif xidmətlər göstərən e-Albania platformasında tətbiq olunur.
Platformada ənənəvi alban milli geyimində təsvir edilən "Diella"nın prototipini Rama ilk dəvə yanvar ayında təqdim edib.
Hürr Tərcüman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.