AZ

“Mançester Yunayted”in sabiq futbolçusu Meksika klubuna keçir

ain.az bildirir, Gununsesi portalına istinadən.

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Antoni Marsyal karyerasını Meksikada davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 29 yaşlı hücumçu “Monterrey”lə anlaşıb. O, artıq sözügedən ölkəyə yollanıb.

Qeyd edək ki, fransalı oyunçu son olaraq Yunanıstanda AEK-in formasını geyinib. “Monterrey”də İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos da çıxış edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr