AZ

Hər şey “Tramp marşrutu” üçün: Sərhədin delimitasiyası Sünikə keçdi

Ermənistanla Azərbaycan arasında delimitasiya Sünikdə davam edə bilər.

Publika.az xəbər verir ki, bu iddianı son rəsmi hesabatlara əsasən “Sputnik Ermənistan” irəli sürüb.

Ermənistan Xarici İşlər Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, 2025-ci il sentyabrın 5-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub.

Bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən kommunikasiyaların yaradılması üzrə tədbirlərin sinxronlaşdırılması üçün zəruri infrastrukturun bərpası və tikintisi və onun həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

“Sputnik Ermənistan”ın sorğusuna əsasən baş nazirin müavini Mher Qriqoryanın ofisi aydınlaşdırıb ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri iki ölkənin sərhədyanı rayonlarına - Sünik vilayətinin cənub ərazilərinə və Zəngilan bölgəsinə səfər ediblər.

Delimitasiya, minalardan təmizləmə və infrastruktur işləri kontekstində hansı ərazilərin müzakirə edildiyi sualına birbaşa cavab verilməyib. Rəsmi açıqlamada yalnız “bu məsələlər müzakirə olunur” qeyd olunub.

Seçilən
42
publika.az

1Mənbələr