AZ

Mourinyo İngiltərə klubunun baş məşqçisi təyin oluna bilər

BAKI, 12 sentyabr. TELEQRAF

İngiltərənin "Lids Yunayted" klubunun rəhbərliyi baş məşqçi dəyişikliyi etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, Premyer Liqa təmsilçisinin qısa siyahısına Joze Mourinyo ilə Nunu Eşpirito Santu daxildir.

Bu barədə "TEAMtalk" saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, komandanın hazırkı baş məşqçisi Daniel Farke istefaya göndəriləcəyi təqdirdə portuqaliyalı mütəxəssislərlə danışıqlar aparılacaq.

Klubun amerikalı sahibləri Farkenin "Lids Yunayted"i Premyer Liqada saxlaya biləcəyinə şübhə edirlər.

Qeyd edək ki, "Lids Yunayted" üç turdan sonra 4 xalla İngiltərə çempionatının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Joze Mourinyo son klubu Türkiyə "Fənərbağça"sı, Nunu Eşpirito Santunun isə İngiltərənin digər təmsilçisi "Nottingem Forest"dir.

Seçilən
37
teleqraf.com

1Mənbələr