AZ

0:11 uduzdular, baş məşqçini göndərdilər

style='margin-bottom:10px;'>

Moldova millisinin baş məşqçisi Serhi Kleşşenko istefaya göndərilib.

QOL.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb.

53 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb yığmanın DÇ-2026-nın seçmə mərhələsində Norveçə 0:11 hesabı ilə uduzması olub.

Qeyd edək ki, Moldova millisi Kleşşenkonun rəhbərliyi altında 38 oyun keçirib, 12 qələbə, 8 heç-heçə və 18 uduzub. O, 2021-ci ildən bu komandanı çalışdırırdı.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr