AZ

Turan Manafovun Cənubi Afrika klubuna keçidi rəsmiləşdi

Azərbaycanlı futbolçu Turan Manafovun Cənubi Afrika Respublikası klubu “Stellenboş”a keçidi rəsmiləşib.

Msport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sənəd problemi yoluna qoyulan 27 yaşlı müdafiəçinin keçidi, nəhayət ki, həllini tapıb. “Stellenboş”da 2 nömrəli formanı geyinəcək Manafov bununla bağlı təəssüratlarını bölüşüb: “Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Stellenboş” MTN 8 Kubokunun finalında sabah “Orlando Pirates”lə qarşılaşacaq. Turan Manafov həmin görüşdə “Stellenboş”un heyətində debüt edə bilər.

Seçilən
14
8
msport.az

9Mənbələr