AZ

Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - FOTO + ÖZƏL

Görkəmli bəstəkar, xalq artisti, professor, “Şöhrət”, “Şərəf” ordenləri laureatı Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib.
 
Bu haqda Moderator.az-a sənətkarın oğlu məlumat verib:
“Atam 2 gün öncə əməliyyat olunub. Hazırda xəstəxanadadır. Şükür ki, vəziyyəti artıq normaldır. İnanıram ki, həkimlər onun vəziyyətini daha da yaxşı edəcəklər. İnşallah ki, atam sağlamlığına qovuşacaq. Bilirsiniz ki, atam Tofiq Bakıxanov hər il Milli Musiqi Günündə iştirak edir. Çünki Üzeyir Hacıbəyovla şəxsən tanış idi və onun atama dəstəyi böyük olmuşdu. Həm tələbəlik illərində, həm də sənətə yeni-yeni başlayanda.. Təəssüf ki, bu il səhhətinə görə iştirak edə bilməyəcək. Amma o yazır, yaradıcılığını davam etdirir və hər zaman işdə-gücdə olur. İşləmək sevdası onu heç vaxt tərk etmir”, - deyə sənətkarın oğlu bildirib.
 
Qeyd edək ki, bəstəkarın dekabr ayında 95 yaşı tamam olacaq.
Seçilən
16
1
moderator.az

2Mənbələr