AZ

Bolsonaro 27 il müddətinə həbs edildi

Braziliyanın Federal Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonaronu 27 il və 3 ay müddətinə azadlıqdan məhrum edib.

“Qafqazinfo” “O Globo” qəzetinə istinadən xəbər verir ki, Bolsonaro dövlət çevrilişinə cəhddə, cinayətkar təşkilatın yaradılmasında, eləcə də qanunun aliliyinin zorakılıq yolu ilə pozulmasında təqsirli bilinib. 

Məhkəmə materiallarında qeyd olunub ki, keçmiş prezident və ona yaxın şəxslər ölkənin hazırkı lideri Lula da Silvanın hakimiyyətə gəlməsinə əngəl olmaq istəyib və 2022-ci il dekabrın 15-də dövlət çevrilişinə cəhdə hazırlaşıb.

Bununla belə, qeyd olunub ki, Lula da Silvanın inauqurasiyasına qədər dövlət çevrilişinə cəhd olmayıb.

Xatırladaq ki, 70 yaşlı Jair Bolsonaro 2019-2023-cü illərdə Braziliya prezidenti olub.

"Cebheinfo.az" 

Seçilən
61
1
cebheinfo.az

2Mənbələr