AZ

Sabunçu tunelində bitməyən TƏHLÜKƏ - İntensiv yağışlar yağsa, faciə yenidən təkrarlanacaq?

Xatırlayırsınızsa, ötən ilin oktyabrında aramsız yağan yağışlar Bakıda 2 nəfərin ölümünə səbəb olmuşdu. Belə ki, “Sabunçu keçidi” adlanan ərazidə tunelə su dolması nəticəsində iki nəfər suda boğulmuşdu.

Artıq sabahdan hava dəyişir və yağışlı günlər başlayır.

Maraqlıdır, bu il yağışın miqdarı ötən ilki kimi və yaxud ondan daha artıq olarsa, baş verəcək xoşagəlmz halların qarşısını almaq üçün nə tədbir görülüb? Ümumiyyətlə bir il ərzində paytaxtın kanalizasiya sistemində hansı müsbət yeniliklərə imza atılıb?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilib:

“Qeyd olunan ərazidəki bütün xətlərdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsi tərəfindən monitorinqlər aparılıb. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilib. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunub. Ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib”.

Məlumatda bildirilib ki, yoxlamalara baxmayaraq, intensiv yağışlar kollektorların həddən artıq yüklənməsinə səbəb ola bilər:

Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir”.

Məlumatdan göründüyü kimi, yağıntıların miqdarı həddindən çox olarsa, intensiv hal alarsa, kollektorlar yüklənə, tunel su ilə dola bilər. Bu da öz növbəsində qəzalara səbəb ola bilər.

Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza belə cavab verilib:

“Sual Azərsuya aiddir. Görüləcək bütün işlər bu qurum tərəfindən həyata keçirilir və cavabdeh də onlardır”.

Seçilən
0
2
turkustan.az

3Mənbələr