AZ

Türkiyəli hakerlər İsrael Katza çətinlik yaşadıblar

Türkiyəli hakerlər İsrailin müdafiə nazirinə zəng edərək telefon nömrəsini açıqlayıblar.

Ölkə.az xəbər verir ki, bir qrup türkiyəli haker sentyabrın 11-i axşam saatlarında İsrailin müdafiə naziri İsrael Katzın mobil telefon nömrəsini dərc edib.

Onlardan biri videobağlantı vasitəsilə Katza zəng edə bilib. Nazir zəngə cavab verib və ünvanına kobud sözlər eşidib.

Haker Katz əlaqəni kəsməzdən əvvəl ekran görüntüsünü çəkib dərc etməyi bacarıb.

Təxribatçı zənglə eyni vaxtda Kat təhqir və açıq təhdidlərdən ibarət minlərlə mesaj alıb.

Mürtəza

Seçilən
48
1
olke.az

2Mənbələr