AZ

XƏBƏRDARLIQ: Yerə yaxınlaşır, 2 günə çatacaq

ain.az bildirir, Tribuna portalına istinadən.

Günəşin həftəsonu geomaqnit qasırğası güclənəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə məşhur astroloq Hande Kazanova vacib tarixləri verib.

Astroloqun sözlərinə görə, sentyabrın 13-14-dən başlayaraq maqnit qasırğası olacaq.

“13 sentyabr şənbə günü Günəş Merkuri ilə birlikdə olacaq. Düz 13:51-də Merkuri Günəşin ürəyində yerləşəcək. Bu, düşüncələrimizin və sözlərimizin kainatda güclü şəkildə əks olunduğu bir dövrdür. Buna görə də arzularınızı ifadə etmək, dua etmək və ya daxili niyyətlərinizi aydınlaşdırmaq üçün dəyərli gün olacaq. Həftə boyu ən vacib dərsimiz heç nədən kor-koranə yapışmaqdan çəkinmək və həyatın axarına etibar etmək olacaq”.

“12, 13 və 14 sentyabrın ən şanslı günləri kimi seçilir. Biznes, təhsil, hüquq və sahibkarlıq sahələrində yeni imkanlar yarana bilər. Günəşin Yupiterə müsbət tərəfi, xüsusən də 12 sentyabr Cümə günü əhəmiyyətli qapılar aça bilər. Bununla belə, Merkurinin Cənub Düyünü ilə eyni gündə birləşməsi bizi karmik dərslərimizlə üzləşməyə məcbur edəcək. Bu müddət ərzində biz öz sözlərimizə, davranışlarımıza və başqaları ilə münasibətlərimizdə diqqətli olmalı, haqsızlıqdan və incitməkdən çəkinməliyik”, – deyə, astroloq qeyd edib.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
tribunainfo.az

2Mənbələr