AZ

Kreml Qaraçay türklərinin genini zəhərləyib

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Çelyabinsk vilayətində Ural dağları yaxınlığında yerləşən Qaraçay gölü dünyanın ən çirkli su hövzəsi kimi qeydə alınıb. “Soyuq Müharibə” illərində Sovet İttifaqının Mayak kimya zavodunun yüksək səviyyəli radioaktiv tullantıları 1951-ci ildən başlayaraq birbaşa gölə axıdılıb. Gölə ümumilikdə təxminən 200 milyon küri radioaktiv materialın ötürüldüyü təxmin edilir. Bu radiasiya miqdarı Çernobıl faciəsi zamanı buraxılan radiasiya miqdarından təxminən dörd dəfə çoxdur.

Hafta.az-ın yazdığına görə, 1967-ci ildə baş verən quraqlıq gölün dayaz sahələrinin qurumasına səbəb olub. Küləklərin daşıdığı radioaktiv toz 75 min insanın yaşadığı geniş əraziyə yayılaraq yerli əhalinin sağlamlığına ciddi təsir göstərib və qarşısıalınmaz ekoloji fəlakətlərə səbəb olub. Yerli icmalar, xüsusən də Qaraçay türkləri radiasiyanın dağıdıcı nəticələri ilə üzləşib, çoxları köçməyə məcbur qalıb.

Rusiyanın bu dövrdəki mövqeyi ətraf mühitə və insan sağlamlığına verdiyi önəmi sual altına qoyub. Nəzarət olunmayan nüvə tullantıları bölgənin təbii mənzərəsini məhv edib.

2015-ci ildə gölün tamamilə bağlanması qərara alınıb. Gölün bir hissəsi 2023-cü ildə qurudulub, daha böyük hissəsinin isə 2026-cı ilə qədər beton və torpaqla doldurularaq tamamilə utilizasiyası planlaşdırılır. Qaraçay gölü su hövzəsi kimi mövcudluğunu dayandırıb, ərazi, nüvə tullantıları ilə zibillənmiş sahə daim nəzarətdə saxlanılmalıdır.

Seçilən
10
hafta.az

1Mənbələr