AZ

Türk mafiyası İtaliyanı qarışdırdı: “Daltons”- “Kaspers” qarşıdurması ilə bağlı yeni detallar

Ötən həftə İtaliyanın Latsio bölgəsindəki Viterboda Santa Rosa festivalına hücumda şübhəli bilinən iki Türkiyə vətəndaşı pulemyot və tapança ilə yaxalanıb.

Publika.az “Hürriyyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşlarının qaldığı yataqxanada aparılan axtarış zamanı 9 mm-lik "Browning" tapançası və 1 ədəd "Tokarev" avtomatı ələ keçirilib. Polis lazımi araşdırmaların aparıldığını və bunun Santa Rosa festivalı zamanı dini parada hücum olmadığını açıqlayıb.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, həbslərdən sonra şübhəlilərin terrorla əlaqəsinə dair qəti dəlil tapılmayıb və səlahiyyətlilər diqqəti adi cinayətlər və silah qaçaqmalçılığı ittihamlarına yönəldiblər.

Polisdən verilən açıqlamada, 22 və 40 yaşlarında olan Türkiyə vətəndaşlarının adlarının Barış Kaya və Abdullah Atik olduğu açıqlanıb.

“İl Post” qəzetində yer alan xəbərə görə, Kaya və Atikin 2024-cü ilin mayında Viterboda yaxalanan Barış Boyunun rəhbərlik etdiyi “Daltons” cinayət təşkilatı ilə əlaqəsi olduğu düşünülür.

Prokurorlar Kaya və Atikin Viterboda yerləşən başqa bir cinayət təşkilatı lideri İsmail Atiz (Hamuş) ilə əlaqəsinin ola biləcəyini irəli sürüblər.

Seçilən
7
publika.az

1Mənbələr