AZ

“Mançester Siti”nin sabiq futbolçusu saxlanıldı

“Mançester Siti”nin sabiq futbolçusu Kiki Musampa saxlanılıb.

Msport.az xəbər verir ki, 48 yaşlı sabiq yarımmüdafiəçi Niderlandda vergi fırıldağına görə istintaqa cəlb edilib.

Niderlandın Maliyyə İnformasiya və İstintaq Xidməti (FIDO) Musampanı 100 min avrodan (təxminən £86,500 / $117,462) çox vergidən yayınmaqda ittiham edir. Bildirilir ki, o, ölkədə işləyib gəlir qazandığı halda, özünü xaricdə vergi ödəyicisi kimi göstərib.Bu sxemlə o, 100 min avrodan çox pul qazanıb.

Niderlandlı Musampa 2019-cu ilə qədər davam edən karyerası ərzində “Ayaks”, “Atletiko”, “Malaqa”, “Mançester Siti” və “Bordo”da çıxış edib.

Seçilən
19
msport.az

1Mənbələr