AZ

İndoneziya Balidə daşqın qurbanlarını təxliyə etmək üçün hərbi qüvvələr yerləşdirəcək

İndoneziya hakimiyyəti Bali adasındakı güclü daşqın qurbanlarını təxliyə etmək üçün hərbçiləri yerləşdirir.

Editor.az Antara-ya istinadla xəbər verir ki, bu barədə İndoneziya ordusunun informasiya xidmətinin rəhbəri briqada generalı Vahyu Yudhayana bildirib.

“Hazırda İndoneziya ordusunun 300-dən çox şəxsi heyəti, Milli Polis, Milli Axtarış və Xilasetmə Agentliyi və digər müvafiq qurumlar müxtəlif yerlərdə yerləşdirilib”,-deyə bildirib.

Yudhaina əlavə edib ki, ordu daşqınlardan zərər çəkmiş 147 rayona yerləşdiriləcək, həmçinin torpaq sürüşmələrindən zərər çəkmiş 32 rayona da əsgərlər göndəriləcək. Ordu insanların axtarışına və çirklənmiş ərazinin palçıq və zibildən təmizlənməsinə cavabdeh olacaq.

Bali adasında son on ildə ən böyük daşqın fəlakəti 8 və 9 sentyabr tarixlərində adaya yağan güclü yağışlar nəticəsində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təxminən 20 nəfər təbii fəlakətdən sağ çıxıb, daha 5 nəfər itkin düşüb. Adada bir həftəlik fövqəladə vəziyyət elan edilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr