AZ

Cinsi azadlıq əleyhinə cinayətlər artır uşaqlar əsas hədəfdir

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vəkil Zibeydə Sadıqova 2024-cü ildə cinsi azadlıq əleyhinə törədilmiş cinayətlər barədə statistik məlumat paylaşıb. Onun sözlərinə görə, ötən il bu kateqoriyadan ümumilikdə 209 cinayət hadisəsi qeydə alınıb. Cinayət törədən şəxslərin sayı isə 166 nəfər olub.

Tribunainfo.az xəbər verir ki, zorlama və zorlamağa cəhd halları üzrə rəqəm isə 14 fakt təşkil edib.

Sadıqovanın paylaşımında həmçinin 2025-ci il üzrə mediada işıqlandırılan son hadisələrə də yer verilib. Vəkilin bu il ərzində baş verən belə hadisələrlə bağlə təqdim etdiyi xronologiyanı təqdim edirik:

“28 avqust 2025 – Qax rayonunda 13 yaşlı qız bir neçə şəxs tərəfindən zorlanıb (təsdiqlənib).

11 sentyabr 2025 – Ağdam rayonunda 16 yaşlı qız bir neçə şəxs tərəfindən zorlanıb (təsdiqlənib).

5 sentyabr 2025 – Gəncədə 13 yaşlı qıza qarşı zorakılıq edən 57 yaşlı şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

9 sentyabr 2025 – Hacıqabulda 10 yaşlı qıza təcavüz edən 33 yaşlı şəxsə 18 il 6 ay həbs cəzası verilib.

10 sentyabr 2025 – Bakıda 3 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən 62 yaşlı şəxs 17 il azadlıqdan məhrum edilib.

15 avqust 2025 – Salyan rayonunda 15 yaşlı qıza təcavüz edən 37 yaşlı şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib”.

Vəkil qeyd edib ki, statistik rəqəmlər və mətbuata düşən faktlar bu sahədə ciddi narahatlıq doğurur.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr