AZ

Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək. 

525.az-a Dini qurumdan verilən məlumata görə, qəbul sentyabrın 15-də baş tutacaq.

Qəbulda Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Dövlət Komitəsindən bildirilib ki, qəbul saat 11:00-da Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 A) keçiriləcək.

Qeyd edilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Quba-Xaçmaz regional bölməsinə (050) 689 07 26, (023) 336 22 70, [email protected], [email protected]) müraciət edə bilərlər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
525.az

2Mənbələr