AZ

Misli Premyer Liqasında IV tura start verilir

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana "Araz-Naxçıvan" və "Kəpəz" komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:45-də başlanacaq.

Günün ikinci qarşılaşmasında isə "Zirə" "Qarabağ”ın qonağı olacaq. "Azərsun Arena"da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Aktivində 7 xal olan “Zirə” hazırda turnir cədvəlinə başçılıq edir. “Araz-Naxçıvan” 7 xalla 3-cü, "Qarabağ" 3 xalla 7-ci, xalı olmayan "Kəpəz" isə sonuncu – 12-ci pillədə yer alıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də baş tutacaq.

Seçilən
67
azertag.az

1Mənbələr