Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Norveçə 1:11 hesablı məğlubiyyətdən sonra işindən olub.

O, 2021-ci ildən Moldova milli komandasını çalışdırırdı. Yığma onun dövründə 38 oyunda 12 qələbə qazanıb, 18 dəfə isə məğlub olub.

Qeyd edək ki, Norveçlə oyunda onların qapısını "Araz-Naxçıvan"da çıxış edən Kristian Avram qoruyub.